ABŞ-də Kubanın sabiq rəhbəri barəsində həbs qərarı çıxarıldı
ABŞ-nin Florida ştatının məhkəməsi Kubanın 95 yaşlı keçmiş dövlət rəhbəri, ordu generalı Raul Kastro barəsində həbs qərarı çıxarıb.
hadiseler.info xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Qeyd edək ki, 2026-cı ilin may ayında ABŞ rəsmiləri Kuba inqilabının əsas fiqurlarından sayılan Raul Kastroya rəsmi ittihamlar elan edib. O, dörd epizod üzrə qətl, iki epizod üzrə təyyarəni məhv etmə və ABŞ vətəndaşlarının qətli məqsədilə cinayətkar sövdələşmədə günahlandırılır. İş üzrə daha 5 şəxs də təqsirləndirilən qismində cəlb olunub.
Sözügedən ittihamlar 1996-cı ildə Mayamidə yerləşən “Qardaşlar köməyə gəlir” mühacir təşkilatına məxsus iki təyyarənin Kuba Hərbi Hava Qüvvələri tərəfindən vurulması hadisəsi ilə bağlıdır. Florida prokurorluğu həmin cinayət işi üzrə istintaqı 2026-cı ildə yenidən başlayıb.
No Comment! Be the first one.