Fransada fövqəladə vəziyyət elan oluna bilər
Fransanın Baş naziri Sebastyan Lekornu ölkə daxilində geniş vüsət alan kütləvi iğtişaşlar səbəbindən fövqəladə vəziyyətin tətbiq edilə biləcəyini bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Hökumət başçısı bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi ciddi addımdır, lakin şərait tələb edərsə, hökumət bu qərarı verməyə hazırdır: “Bu, hüquqi və praktiki tətbiqi baxımından son dərəcə məsuliyyətli məsələdir. Zərurət yaranarsa, əlbəttə ki, bu addımı ata bilərik. Lakin hazırkı mərhələdə komendant saatının tətbiqi daha adekvat və məqsədəuyğun görünür”.
Qeyd olunub ki, iğtişaşlarla bağlı təşkil edilən böhran qrupunun iclasından dərhal sonra Baş nazir departament prefektlərinə müəyyən ərazilərdə komendant saatının tətbiq edilməsi ilə bağlı xüsusi tapşırıq verib.
Bu məhdudlaşdırıcı tədbirin, xüsusilə iri şəhərlərin mərkəzi hissələrində asayişin bərpa olunması, mülki təhlükəsizliyin təmin edilməsi və biznes obyektlərinin vandalizmdən qorunması məqsədilə həyata keçiriləcəyi vurğulanır.
No Comment! Be the first one.