ABŞ İranda toy mərasiminin keçirildiyi evə endirilən zərbəni araşdırır
Birləşmiş Ştatlar İranda toy mərasiminin keçirildiyi evə zərbə endirilməsi faktı ilə bağlı araşdırmaya başlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarının (PUA) qeydlərini və hədəf seçimi prosesini araşdırır. Amerikalı rəsmilər isə sözügedən ərazidə həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan rabitə qülləsinə zərbə endirildiyini iddia edirlər.
Qeyd edək ki, sentyabrın 2-də İranın cənubunda yerləşən Sirik şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirilməsi nəticəsində 5 nəfər həlak olub, 67 nəfər isə yaralanıb. İran tərəfi hadisə yerindən götürülmüş ABŞ raketlərinin qalıqlarını nümayiş etdirsə də, Vaşinqton hələlik yaşayış evinə zərbə endirildiyini rəsmi olaraq təsdiqləməyib. CENTCOM sözçüsü Tim Hokins ordunun heç vaxt mülki şəxsləri hədəf almadığını bəyan edib.
No Comment! Be the first one.