ABŞ ordusunda xidmət edən azərbaycanlının meyidi tapıldı- FOTO
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu İslamlı Bakıda xidməti məzuniyyətdə olarkən həyatına son qoyub.
hadiseler.info “Gununsesi.info”ya istinadən xəbər verir ki, mühəndis ixtisaslı Turan İslamlı Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra bir müddət Şuşada memar kimi fəaliyyət göstərib. Dünən məzuniyyətlə bağlı Bakıya gələn gənc səhər saatlarında intihar edib. Hadisənin başvermə səbəbləri barədə hələlik əlavə bilgi verilmir.
Məlumata görə, Bərdə rayonunun Alaçadırlı kəndində anadan olan və əslən Laçından olan T.İslamlı “Green Card” qazandıqdan sonra ABŞ-yə köçüb, ingilis dilində imtahan verərək orduda xidmətə qəbul olunub. O, eyni zamanda istedadlı şahmatçı kimi tanınırdı.

No Comment! Be the first one.