İlham Əliyev: “TDT böyük beynəlxalq nüfuza malik təşkilatdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) böyük beynəlxalq nüfuza malik olduğunu bildirib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən təşkilatın artan rolunu xüsusi vurğulayıb. Prezident diqqətə çatdırıb ki, qurum çərçivəsində müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi mühüm sahələri əhatə edir.
No Comment! Be the first one.