ABŞ Yaxın Şərqdəki diplomatların təcili təxliyəsinə başladı
ABŞ hakimiyyət orqanları İran tərəfindən mümkün hücumlarla bağlı xəbərdarlıqlar fonunda Yaxın Şərqdəki bir sıra diplomatik missiyalardan diplomatların və onların ailə üzvlərinin təcili təxliyəsinə başlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı CNN müxtəlif mənbələrə istinadən yayıb.
Xəbərdə qeyd olunur ki, həyata keçirilən bu təxliyyə xoşagəlməz və xaotik bir “déjà vu” (təkrarlanma) halı kimi xarakterizə edilir. Belə ki, hazırda bölgəni tərk edənlərin bir çoxu İranla gərginliyin ən yüksək həddə çatdığı vaxtda oradan getmiş, lakin bu yaxınlarda öz vəzifə yerlərinə qayıtmışdılar.
ABŞ Dövlət Departamentinin oktyabrın 23-nə olan memorandumunda bildirilir ki, İran amerikalı heyəti müəyyən etmək və hədəfə almaq istiqamətindəki səylərini əhəmiyyətli dərəcədə gücləndirib.
No Comment! Be the first one.