Ötən gün axtarışda olan 127 nəfər saxlanıldı
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, oktyabrın 23-də ölkə ərazisində axtarışda olan ümumilikdə 127 nəfər saxlanılaraq müvafiq qurumlara təhvil verilib.
Qeyd olunan şəxslərdən 85 nəfərinin borclu şəxs qismində axtarışda olduğu müəyyən edilib və onlar aidiyyəti üzrə təhvil veriliblər. Həmçinin polis əməkdaşları tərəfindən ötən gün ölkə ərazisində qeydə alınan 36, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünün açılması təmin olunub.
No Comment! Be the first one.