Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnərək öldürüldü
Bolqarıstanda səs-küylü qətl hadisəsi qeydə alınıb. Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, həmçinin ölkənin Taekvondo Federasiyasının prezidenti, tanınmış sahibkar və siyasətçi Slavi Binev Sofiyada qətlə yetirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Bolqarıstan Milli Polis Baş İdarəsinə istinadən “NOVA” telekanalı məlumat yayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, 60 yaşlı Slavi Binev paytaxtın Pavlovo rayonunda güllələnib. Ona bir dəfə atəş açıldığı bildirilib və hadisə yerindən bir ədəd boş giliz aşkar edilib.
Hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində polisə məlumat verildikdən bir saat sonra Sofiyadan çıxmağa cəhd edən üç şübhəli şəxs – bir Bolqarıstan və iki Türkiyə vətəndaşı Trakiya avtomagistralında saxlanılıb. Onların üzərindən odlu silahlar tapılıb. Məlumata görə, silahlardan biri nəqliyyat vasitəsi saxlanılmazdan əvvəl yola atılıb, digəri isə şübhəlilərdən birinə məxsus çantada aşkarlanıb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
No Comment! Be the first one.