Tanınmış müğənni Nev vəfat etdi
Türkiyənin tanınmış sənətçisi, məşhur müğənni Nevzat Doğansoy (Nev) dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı sənətçinin meneceri İlker Ercan açıqlayıb. Bildirilib ki, 57 yaşlı məşhur müğənni bir müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən müalicə alırdı.
Qeyd edək ki, sənətçi 2000-ci illərdə ifa etdiyi “Zor”, “Mühürlü Kaderim” və “Sen Gibi” kimi unudulmaz hitləri ilə böyük şöhrət qazanmışdı.
No Comment! Be the first one.