ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında sərnişindaşıma üzrə göstəricilərini açıqlayıb.
hadiseler.info xəbər verir ki, ADY qeyd olunan 8 ay ərzində 7,3 milyondan çox sərnişin daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Statistikaya əsasən, hesabat dövründə:
Abşeron dairəvi dəmir yolu: 6,9 milyon sərnişin (17% artım)
Rayonlararası marşrutlar: 396 min sərnişin (15% artım)
Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu: 53 min sərnişin
Təkcə avqust ayında ümumi sərnişindaşıma həcmi 913 mindən çox olub ki, bu da illik müqayisədə 24% artım deməkdir.
No Comment! Be the first one.