Ağsuda dağlıq ərazidə yanğın baş verib – VİDEO
Ağsu rayonunun Kalva kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində operativ əməliyyat tədbirləri sürətlə davam etdirilir.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
No Comment! Be the first one.