Ukrayna Rusiyanın dəmir yolu infrastrukturuna PUA zərbəsi endirdi
Ukrayna hərbi qüvvələri səhər saatlarında Rusiyanın Bryansk vilayətində yerləşən dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk açıqlayıb.
Qubernatorun sözlərinə görə, hücumlar nəticəsində Dyatkovo-Lyudinovo keçidində dəmir yolu körpüsünün bir hissəsi uçub və 10 vaqon relsdən çıxıb. Həmçinin regionun Uneçsk rayonunda dəmir yolu xəttinə zərbə endirilməsi nəticəsində 18 ədəd boş yarımvaqon relsdən çıxıb, Navlinsk rayonunda isə PUA dəmir yolu örtüyünə zədə vurub.
Kovalçuk hər üç hücum nəticəsində xəsarət alanların olmadığını bildirib. Qeyd olunub ki, bu, müharibə dövründə Ukraynanın Rusiyanın dəmir yollarına bilavasitə dronlarla zərbə endirməsi ilə bağlı qeydə alınan ilk haldır.
No Comment! Be the first one.