Almaniyada keçirilən gizli görüşün pərdəarxası: Nələr müzakirə edildi?
İsrail, ABŞ və bir sıra ərəb ölkələrinin yüksəksəviyyəli hərbi rəhbərləri Almaniyada yerləşən dağ-xizək kurortunda qapalı görüş keçiriblər.
hadiseler.info “Axios” portalına istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkilatçılığı ilə baş tutan gizli iclasda İsrail, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misir nümayəndələri iştirak ediblər.
CENTCOM-un rəsmən təsdiqlədiyi konfransda Yaxın Şərqdə regional təhlükəsizlik, İranla mümkün müharibə riskləri və husilər ətrafındakı vəziyyət əsas müzakirə mövzusu olub. Mənbələrin verdiyi məlumata görə, İsrail və Səudiyyə Ərəbistanı ABŞ-nin vasitəçiliyi ilə İran tərəfindən dəstəklənən qruplaşmaların hücumlarına karşı Ər-Riyada yardımın müxtəlif variantlarını nəzərdən keçirirlər.
No Comment! Be the first one.