Antalyada yük maşını dayanacağa aşıb — Azərbaycan vətəndaşı və rusiyalı qadın həlak olub
Türkiyənin Antalya şəhərində ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info İHA agentliyinə istinadən xəbər verir ki, hadisə Manavqat — Alanya magistralında qeydə alınıb. İddiaya görə, yük avtomobili yolayrıcında işıqforun yaşıl işığının yanmasını gözləyən avtomobilə çırpılıb.
Toqquşmanın təsirindən idarəetmədən çıxan yük maşını yol kənarındakı dayanacağa aşaraq orada duran qadınların üzərinə düşüb. Dəhşətli qəza nəticəsində bir Azərbaycan vətəndaşı və bir rusiyalı qadın həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.