“Arıçılıq Kəlbəcərin qədim təsərrüfat ənənələrindən biridir”
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonun qədim təsərrüfat tradisiyaları və arıçılıq sahəsinin inkişafı barədə fikirlərini bölüşüb.
hadiseler.info xəbər verir ki, Bəşir Hacıyev bu barədə sentyabrın 12-də Kəlbəcərdə keçirilən II Bal Festivalında çıxışı zamanı danışıb.
O vurğulayıb ki, arıçılıq uzun illər Kəlbəcər əhalisinin məşğulluğunda və təsərrüfat həyatında mühüm yer tutub və bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Nümayəndə bəyan edib ki, festivalın təməlində Kəlbəcər insanının zəhməti və Vətən sevgisi dayanır. B.Hacıyev Bal Festivalının bundan sonra da ənənəvi şəkildə keçiriləcəyinə, miqyasının genişlənərək Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının tanıdılmasına töhfə verəcəyinə inamını ifade edib.
No Comment! Be the first one.