Arif Hacılının oğlu və gəlini ABŞ-də həbs edildi
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-də hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
hadiseler.info xəbər verir ki, Arif Hacılı oğlunun və gəlininin saxta sənədlərlə ABŞ-də məskunlaşmasına köməklik göstərib.
Məlumata görə, Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-də rəsmi oturum icazəsi ala bilməyiblər. Onlar ölkəni tərk etmək barədə öhdəlik götürsələr də, bu tələbə əməl etməyərək ABŞ ərazisində qeyri-qanuni qalmağa devam ediblər.
No Comment! Be the first one.