Arif Mərdanova yüksək vəzifə verildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
hadiseler.info xəbər verir ki, iclasda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qurumun publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin qaydalara uyğun icrası və idarəetmənin səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Müşahidə Şurasının qərarı ilə “İri Şəhərlərin Su Təchizatı” QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Bu vəzifəyə Arif Fərman oğlu Mərdanov təyin edilib.
Təyin olunan Arif Mərdanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, əvvəllər “Azərsu” ASC-də rəhbər vəzifələrdə çalışıb, “Su təchizatı və tullantı suları haqqında” Qanunun hazırlanmasında ekspert qrupunda təmsil olunub. Həmçinin SOCAR-da idarə rəisi, Metropoliten və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri, eləcə də TƏBİB-in Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib. Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən A.Mərdanov ailəlidir, 3 övladı var.
No Comment! Be the first one.