Atasını öldürən Ayxana məhkəmədən gözlənilməz cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 19 yaşlı Ayxan Vəlizadənin məhkəmə prosesi yekunlaşıb və hökm çıxarılıb.
hadiseler.info xəbər verir ki, 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə (CM-in 120.1-ci maddəsi) ittiham olunurdu. Dövlət ittihamçısı onun 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Lakin hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası əmələ düzgün hüquqi qiymət verilmədiyi qənaətinə gəlib. Hökmə əsasən, Ayxanın əməli CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub və ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökm qüvvədə qalarsa, təqsirləndirilən şəxs 8 aydan sonra azadlığa çıxacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Abşeron rayonunun Ramana qəsəbəsində, Gülçülük sovxozu ərazisində baş verib. Qətlə yetirilən İftixar Vəlizadə kombi ustası işləyib.
No Comment! Be the first one.