Avropa aviaşirkətləri aviabiletlərin qiymətini ARTIRACAQ
Avropa aviaşirkətləri gələn il aviasiya yanacağının kəskin bahalaşması səbəbindən fəaliyyətini yüksək xərclərlə davam etdirməli olacaq.
hadiseler.info “Reuters”ə təşinadən xəbər verir ki, bu barədə “Ryanair Group”un baş icraçı direktoru Maykl O’Liri bildirib.
O’Lirinin sözlərinə görə, İran müharibəsi və Yaxın Şərqdəki gərginlik səbəbindən aviasiya yanacağının qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə 50% artıb. Yanacağın qiymətinin növbəti 12–18 ay ərzində də yüksək səviyyədə qalacağı gözlənilir.
Yaxın gələcəkdə yanacaq qıtlığının gözlənilmədiyini deyən şirkət rəhbəri aviabiletlərin bahalaşmasının qaçılmaz olduğunu vurğulayıb. Yaxın Şərqdəki böhranın təsiri ilə aviabiletlərin qiymətinin 2027-ci ilin yayına qədər artacağı bildirilir.
No Comment! Be the first one.