Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
Qlobal bazarlarda ilin əvvəlindən bəri ən çox bahalaşan məhsul Avropa İttifaqında təbii qaz olub. Onun qiyməti 2026-cı ilin əvvəlindən etibarən 3.6 dəfə, yəni 259.31% artıb.
hadiseler.info xəbər verir ki, bu barədə “RİA Novosti” ICE Futures, CME Group və Şanxay Metallar Birjasının məlumatlarına istinadən məlumat yayıb.
Reytinqdə ikinci yerdə Böyük Britaniyada təbii qazın qiyməti qərarlaşıb (239.55% bahalaşma), üçüncü pillədə isə Cənubi Koreya və Yaponiyada mayeləşdirilmiş təbii qazın (MTQ) qiyməti yer alıb (233.52% artım). Ərzaq məhsulları arasında isə ilin əvvəlindən ən çox düyü bahalaşıb – 81.45%.
Daha əvvəl Avropa birjalarında qazın spot qiymətinin 1 000 kubmetr üçün 1 200 dolları ötdüyü bildirilib ki, bu da sonuncu dəfə 2022-ci ilin dekabrında qeydə alınmışdı.
Ekspertlər qiymət artımının əsas səbəbi kimi Yaxın Şərqdən qaz tədarükünün dayanmasını göstərirlər. İran münaqişəsi və Hörmüz boğazının bağlanması Avropanın ötən il Aİ-nin mayeləşdirilmiş təbii qaz idxalının təxminən 8%-ni təşkil edən Qətər qazından məhrum olmasına səbəb olub. Bununla yanaşı, Avropa İttifaqı 2027-ci ilin yanvarından etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını tamamilə qadağan etməyi planlaşdırır, halbuki 2026-cı ilin ikinci rübündə Rusiya MTQ-si Avropanın bu məhsul üzrə idxalının təxminən beşdəbirini təşkil edib.
No Comment! Be the first one.