Azərbaycan Estoniya ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
hadiseler.info xəbər verir ki, Azərbaycan və Estoniya nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumatız əsasən, bununla bağlı müzakirələr Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının IV iclasında aparılıb.
“Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Margus Tsahknanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, həmçinin enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.
Onun sözlərinə görə, iclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalanıb.
No Comment! Be the first one.