Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün neftimizin qiyməti 127,6 ABŞ dolları səviyyəsində ticarət olunmuşdu.
Xatırladaq ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
No Comment! Be the first one.