Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistanın Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə general-polkovnik K.Vəliyev iki ölkə arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini vurğulayaraq, strateji tərəfdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. Baş Qərargah rəisi müdafiə qurumlarının rəhbər heyətləri arasında mütəmadi görüşlərin hərbi əlaqələrə yeni dinamika və məzmun qatdığını qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən general-mayor M.İ.X.Babar qarşılıqlı səfərlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfə verdiyini diqqətə çatdırıb. Görüş zamanı tərəflər hərbi təhsil, hərbi-texniki sahələr, birgə təlimlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
No Comment! Be the first one.