Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edildi
Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında vizasız gediş-gəliş rejimini nəzərdə tutan mühüm sənəd imzalanıb.
hadiseler.info xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar arasında ikitərəfli görüş keçirilib.
Görüşdə iqtisadi əlaqələr, turizm, təhsil, mədəniyyət və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri müzakirə olunub. Müzakirələrin yekununda “Azərbaycan Hökuməti ilə Kolumbiya Hökuməti arasında adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bu sazişlə Azərbaycan vətəndaşları Kolumbiyaya vizasız səfər etmək hüququ əldə ediblər.
No Comment! Be the first one.