Azərbaycan və Özbəkistan müttəfiqliyi dərinləşir — Səfərlər və iqtisadi göstəricilər
Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı yüksəksəviyyəli səfərlərin və institusional əməkdaşlığın kəskin intensivləşməsi ilə müşayiət olunur.
hadiseler.info xəbər verir ki, son 5 ilin statistikasına əsasən, Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər gerçəkləşdirib.
Münasibətlərin ana sütununu oluşturan Ali Dövlətlərarası Şuranın iclasları və Daşkənd, Quba, Bakı şəhərlərində təşkil edilən Regionlararası Forumlar iki ölkə arasında həm siyasi, həm də regional iqtisadi bağları daha da möhkəmləndirib.
No Comment! Be the first one.