Azərbaycan və Sinqapur xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.
hadiseler.info xəbər verir ki, görüşdə Azərbaycan-Sinqapur münasibətlərinin gündəliyində duran cari məsələlər və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər ticarət və investisiya, rəqəmsal transformasiya və innovasiya, nəqliyyat və logistika, təhsil, habelə insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriblər.
Görüşdə Sinqapur vətəndaşları üçün 2026-cı il avqustun 1-dən tətbiq edilən vizasız rejimin qarşılıqlı səfərlər, biznes əlaqələri və turizmin inkişafı baxımından yaratdığı yeni imkanlar yüksək qiymətləndirilib. Nazirlər, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən seçkili orqanlara namizədliklərlə bağlı əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
No Comment! Be the first one.