Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda xəstəxanada baş verən dəhşətli yanğınla bağlı bu ölkəyə başsağlığı ünvanlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Məlumatda İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və körpələrin ölümü ilə nəticələnən yanğından dərin kədər hissi keçirildiyi bildirilib. XİN həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib və bu çətin məqamda qardaş Pakistan xalqı ilə həmrəyliyini ifadə edib.
Qeyd edək ki, adıçəkilən tibb müəssisəsinin ginekologiya şöbəsində qeydə alınan yanğın nəticəsində ən azı 15 yeni doğulmuş körpə həyatını itirib.
No Comment! Be the first one.