Azərbaycanın daha iki güləşçisi dünya çempionatında MEDAL QAZANDI
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının daha iki üzvü ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında fəxri kürsüyə qalxıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası rəsmi məlumat yayıb.
Məlumata görə, mundialda mübarizə aparan sərbəst güləşçilərimiz Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) uğurlu çıxış edərək bürünc medala sahib çıxıblar.
A.Cəfərli üçüncü yer uğrunda həlledici görüşdə italiyalı rəqibi Qabriele Nikkoliniyə vaxtından əvvəl, tam üstünlüklə (10:0) qalib gəlib. Ağır çəkidə çıxış edən X.Karsanov isə bürünc medal matçında rusiyalı Andrey Bestayevi 8:1 hesabı ilə məğlub edib.
Yığmamızın aktivindəki medallar artır
Xatırladaq ki, çempionatın əvvəlki günlərində yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) gümüş medal qazanmışdılar.
No Comment! Be the first one.