Azərbaycanın kayak və kanoəçiləri beynəlxalq yarışın mükafatçıları olublar
hadiseler.info xəbər verir ki, Azərbaycanın kayak və kanoəçiləri Batumidə beynəlxalq reqatanın mükafatçıları olublar.
Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə təşkil olunan beynəlxalq super sprint reqatası başa çatıb.
Azərbaycan Su İdmanı Federasiyasından verilən məlumata görə, ölkə idmançıları yarışda uğurlu nəticə əldə ediblər.
Super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib.
Amil Ramazanov isə kayak qayığında yarışı ikinci ərtdə tamamlayıb.
Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.
No Comment! Be the first one.