Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqləndi – Prezidentdən QANUN
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında strateji tərəfdaşlığı yeni mərhələyə qaldıran müttəfiqlik münasibətləri haqqında Müqavilə rəsmən təsdiq edilib.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Dövlət başçısının imzalamadığı qanunvericilik aktları ilə Azərbaycan və Qırğızıstan arasında digər vacib sahələri əhatə edən iki beynəlxalq sənəd də təsdiqini tapıb:
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”.
Qeyd edək ki, hər üç mühüm dövlətlərarası saziş 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən ali səviyyəli görüşlər çərçivəsində imzalanmışdı.
No Comment! Be the first one.