Azərbaycan Gürcüstandakı azərbaycandilli məktəblərə 22 mindən çox dərslik göndərdi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəbləri üçün 2026-2027-ci tədris ilinə aid dərsliklərin tədarükünü həyata keçirib.
hadiseler.info xəbər verir ki, ümumilikdə 18 adda 22 050 nüsxə dərs vəsaiti Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.
Dərslik dəstinə I-XI siniflər üçün nəzərdə tutulmuş “Azərbaycan dili” və “Ədəbiyyat” fənn vəsaitləri daxildir.
Rəsmi təhvil-təslim prosesində Azərbaycan Elm və Təhsil Nazirliyinin, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələri və Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov iştirak ediblər. Dərsliklərin yeni tədris ilinin başlanmasınadək azərbaycandilli məktəblərə paylanılması planlaşdırılır.
No Comment! Be the first one.