Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi – VİDEO
Bakının Sabunçu rayonunda xilasedicilərin müdaxiləsini tələb edən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gecə Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb. “Toyota Aqua” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı beton pilləyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib. Zərbənin təsirindən sürücü, 1992-ci il təvəllüdlü Əmrah Zaur oğlu Baxşəliyev deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qalıb.
Əraziyə dərhal cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi alətlərin köməyi ilə zərərçəkəni avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.