Bakıda oyuncaq maşınla əsas yola çıxan gənc məsuliyyətə cəlb olunur – VİDEO
Bakı şəhərində elektrik mühərrikli oyuncaq avtomobillə intensiv hərəkət olan əsas yola çıxaraq təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
hadiseler.info xəbər verir ki, həmin şəxsin oyuncaq nəqliyyat vasitəsilə avtomobillərin arasında hərəkət etdiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, hərəkətin intensiv olduğu yola oyuncaq avtomobillə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan 2001-ci il təvəllüdlü Mirzəli soyadlı şəxs müəyyən olunub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi məsuliyyət tədbirləri görülür.
Yol polisi bir daha xəbərdarlıq edərək bildirib ki, avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər və hər bir hərəkət iştirakçısı yol təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.
No Comment! Be the first one.