Sentyabrın 9-na olan hava proqnozu: Bəzi yerlərdə leysan yağacaq
Sentyabrın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda isə gecə 7-12° isti, gündüz 15-19° isti təşkil edəcək.
No Comment! Be the first one.