Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb – RƏSMİ
Azərbaycanın ümumtəhsil məktəblərində “TikTok” sosial şəbəkə platformasına və 200-dən çox zərərli kontent daşıyan resurslara giriş rəsmən məhdudlaşdırılıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bloklanan internet resursları uşaq və gənclərin mənəvi-psixoloji inkişafına mənfi təsir göstərən məzmunlardan ibarət olub:
“Həmin görüntülər cinayət, narkotik təbliğatı, şiddət və digər zərərli məzmunları əks etdirirdi. Amma təbii ki, bu məhdudlaşma təkcə məktəb mühiti ilə bitməməlidir. Ailədə də valideynlər tərəfindən uşaqların bu kimi platformalardan və zərərli məzmunlardan uzaq durmasına ciddi nəzarət edilməlidir.”
No Comment! Be the first one.