Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başa çatıb
hadiseler.info xəbər verir ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana işgüzar səfəri yekunlaşıb. “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola salıb.


No Comment! Be the first one.