Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı
Azərbaycandan Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən şəxs ələ keçirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Fakt üzrə müvafiq əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
No Comment! Be the first one.