Azərbaycan XİN məktəb faciəsi ilə bağlı Pakistana başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Peşəvər şəhərində məktəbin damının çökməsi nəticəsində çoxsaylı şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
“Peşəvərdə məktəb binasının bir hissəsinin çökməsi nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Yaxınlarını itirmiş ailələrin kədərini paylaşır, bu faciədən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı veririk”, – deyə XİN-in paylaşımında qeyd olunub.
Xatırladaq ki, Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird və 1 müəllim həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
No Comment! Be the first one.