Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deportasiya olundu
Azərbaycan əleyhinə informasiya təxribatları və saxta xəbərlər yayan “Rybar” proqram-analitik layihəsinin rəhbəri Mixail Zvinçuk Monteneqrodan çıxarılıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, Monteneqroda saxlanılan Zvinçuk həyat yoldaşı və komandası ilə birlikdə Rusiyaya deportasiya edilib.
Məlumata görə, oktyabrın 9-da Böyük Britaniyanın sanksiya siyahısında yer alan Zvinçukun ölkəyə gəlişi barədə məlumat alan Monteneqro xüsusi xidmət orqanları onları izləməyə götürüb. Milli Təhlükəsizlik Agentliyi və Polis İdarəsi Zvinçukun və onu müşayiət edən dörd nəfərin ölkənin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaratdığını bəyan edərək onları ölkədən deportasiya edib.
Qeyd edək ki, 1,5 milyon izləyicisi olan “Telegram” kanalının təsisçisi Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı yönəlmiş qərəzli informasiya kampaniyalarının əsas iştirakçılarından biri kimi tanınır.
No Comment! Be the first one.