Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün “transfer pəncərələri”nin tarixləri müəyyənləşib
hadiseler.info xəbər verir ki, Azərbaycan futzal liqalarında 2026/2027 mövsümü üzrə “transfer pəncərələri”nin tarixləri müəyyənləşib.
Bu barədə AFFA-dan məlumat verilib.
Payız “transfer pəncərəsi” noyabrın 10-u saat 23:59-dək davam edəcək.
Qışda isə transfer müddəti 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.
Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.
No Comment! Be the first one.