Azərbaycanlı hakim Ermənistan matçını idarə etdi
Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva U-19 qadın komandaları arasında Avropa çempionatının seçmə mərhələsində İrlandiya – Ermənistan matçının baş hakimi olub.
hadiseler.info xəbər verir ki, onun idarə etdiyi qarşılaşma İrlandiya yığmasının 11:0 hesablı darmadağını ilə başa çatıb.
Oyun zamanı digər azərbaycanlı hakim Gülnurə Əkbərzadə Fəridə Lütfəliyevaya köməkçilik edib.
No Comment! Be the first one.