Beyləqanda məktəbdə 14 şagird zəhərləndi
Beyləqan rayonunda məktəblilər arasında kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Eyvazalılar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində qeydə alınıb.
Dərs zamanı müəllim şagirdlərə hamburger hazırlamağı öyrədib. Şagirdlər öz hazırladıqları qidanı yedikdən sonra 14 nəfərin halı pisləşib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və TƏBİB məsələni dərhal nəzarətə götürüb. TƏBİB-dən bildirilib ki, saat 12:00 radələrində zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın, 7 kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi xidmət göstərilib, hazırda müalicələri devam edir və vəziyyətləri stabil qiymətləndirilir.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan 7A sinif şagirdlərinin siyahısı:
1. Abbaslı Mehri Vəfalı qızı (2014)
2. Abbaslı Zəhra Salman qızı (2014)
3. Əsədzadə Sənan Tapdıq oğlu (2014)
4. Kamallı Pünhan Nəsimi oğlu (2014)
5. Qasımlı Sevgi Ənvər qızı (2014)
6. Quliyev Ömər Elçin oğlu (2014)
7. Quliyev Rasim Fuad oğlu (2014)
8. Quluzadə Əsnat Səhər qızı (2014)
9. Məmmədli Ayan Əmir qızı (2014)
10. Mirzəzadə Əli Emin oğlu (2014)
11. Nasirova Eva Axmedovna (2013)
12. Nasirova Milana Axmedovna (2013)
13. Salmanlı Behbud Samir oğlu (2014)
14. Sarıyev Ömər Adət oğlu (2014)
Qeyd edək ki, bundan öncə Gəncə və Sumqayıt məktəblərində də analoji zəhərlənmə hadisələri qeydə alınmışdı. Faktla bağlı geniş araşdırma aparılır.
No Comment! Be the first one.