“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır – Sərəncam
Azərbaycanda “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır.
hadiseler.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Azıx və Tağlar mağara düşərgələrinin yerləşdiyi ərazi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu elan edilib.
Sərəncama müvafiq olaraq, Nazirlər Kabinetinə üç ay müddətində Qoruğun əsasnaməsini, sərhədlərini və mühafizə zonasını təsdiq etmək, ərazinin xüsusi istifadə rejimini müəyyənləşdirərək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək daxil olmaqla, maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Qoruğun idarə olunması və fəaliyyətinin təşkili Mədəniyyət Nazirliyinə həvalə olunub. Qoruğun saxlanılması və fəaliyyəti ilə bağlı zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına təmin ediləcək.
No Comment! Be the first one.