Rusiyada Su-30SM hərbi təyyarəsi qəzaya uğradı- VİDEO
Rusiyanın Kalininqrad vilayətində Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-30SM qırıcı hərbi təyyarəsi qəzaya uğrayıb.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, insident Kalininqrad vilayətinin Çernyaxovsk şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata görə, hərbi təyyarənin qəzaya uğraması zamanı hər iki pilot vaxtında katapult edərək sağ qalmağı bacarıb. Müxtəlif dərəcəli xəsarətlər alan pilotlar dərhal hərbi hospitala təxliyə olunublar və onlara zəruri tibbi yardım göstərilir.
Hadisə yerində xüsusi komissiya işləyir, qəzanın başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.