Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi müzakirə olunur.
hadiseler.info xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri arasında sərbəst hərəkətin təmin olunması istiqamətində müxtəlif təşəbbüslər nəzərdən keçirilir.
Belə bir mexanizmin tətbiqi Türk dünyasında inteqrasiyanı yalnız siyasi müstəvidə deyil, həm də sosyal, iqtisadi və mədəni sahələrdə dərinləşdirə bilər. Şəxsiyyət vəsiqəsi ilə səfər imkanı xalqlar arasında insani təmasları, ailə və təhsil mübadiləsini genişləndirməklə yanaşı; turizm, ticarət və investisiya əlaqələrinin inkişafını da sürətləndirəcək.
Xüsusilə Orta Dəhliz, nəqliyyat və logistika layihələrinin genişləndiyi bir dövrdə insanların sərbəst hərəkəti iqtisadi inteqrasiyanın sosial bazasını möhkəmləndirəcək. Hazırda bu istiqamətdə yekun qərarın qəbulundan daha çox qarşılıqlı təşəbbüslərin geniş müzakirəsi aparılır.
No Comment! Be the first one.