Bərdədə zəncirvari qəza: Avtomobillər dərəyə aşıb, yaralılar var – FOTOLAR
Bərdə rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Toyota Camry”, “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub. Güclü zərbənin təsirindən “Toyota Camry” və “VAZ 2107” yoldan çıxaraq yolun sağ və sol kənarlarına aşıb. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb





No Comment! Be the first one.