Bakı metro stansiyalarında ürək aparatları quraşdırılacaq
“Bakı Metropoliteni”nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir.
hadiseler.info xəbər verir ki, qurumdan verilən məlumata görə, “Bakı Metropoliteni”nin 27 stansiyası AED cihazları ilə təmin olunacaq və digər zəruri tədbirlər görüləcək.
Xatırladaq ki, avtomatik xarici defibrilyatorlar (AED) ürəyin qəfil dayanması (klinik ölüm) zamanı həyat qurtarmaq üçün nəzərdə tutulmuş, ürəyə elektroşok verərək onun normal ritmini bərpa edən portativ tibbi cihazdır.
No Comment! Be the first one.