Bakı metrosunun illik sərnişindaşıma imkanları daha 88 milyon nəfər artırılacaq.
Hadisələr.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yaxın 5 il ərzində paytaxtın ictimai nəqliyyat sistemində və mobillik sahəsində köklü dəyişikliklər gözlənilir. Təsdiq edilmiş dövlət proqramına uyğun olaraq, 10 yeni stansiyanın inşası ilə bağlı işlərə artıq start verilib.
B. Məmmədov qeyd edib ki, yeni stansiyaların istifadəyə verilməsi şəhərdəki nəqliyyat sıxlığının azaldılmasına və sərnişin axınının rahat paylanmasına böyük töhfə verəcək. Müqayisə üçün bildirilib ki, 2025-ci ildə metropolitendən 230 milyon sərnişin istifadə edibsə, layihə tam reallaşdıqdan sonra bu göstərici əlavə 88 milyon nəfər də artacaq.
No Comment! Be the first one.