Bakı metrosunun iş rejimi dəyişdirilir – 4 gün ərzində bu cür işləyəcək
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
hadiseler.info xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, qeyd edilən tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil olunacaq. Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq və nəzarət gücləndiriləcək. Həmçinin “İçərişəhər-Həzi Aslanov” və əks istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında tənzimlənəcək.
Ehtiyac yaranacağı təqdirdə xəttə ehtiyat qatarlar buraxılacaq. Qeyd edək ki, Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.
No Comment! Be the first one.