Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Siyasət

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Oktyabr 8, 2026
67 Views

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb.

hadiseler.info bəyanatın mətnini təqdim edir:

“Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada lisey şagirdlərinin və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almalarını, çoxsaylı saxlanılma halları və təhlükəli xüsusi vasitələrin tətbiqi ilə bağlı məlumatları ciddi narahatlıqla izləyir.

Kretey şəhərində başlayan və sonradan bütün Fransa ərazisinə yayılan hərəkat ilkin olaraq keyfiyyətli təhsil hüququ ilə bilavasitə bağlı problemlər – müəllim və digər təhsil işçilərinin çatışmazlığı, məktəb infrastrukturunun yararsız vəziyyəti, həddindən artıq dərs yükü və ali təhsil müəssisələrinə qəbul sisteminin ayrı-ayrı aspektlərindən narazılıq fonunda meydana çıxıb. Sonradan bu narazılıqlar lisey və universitet tələbələrinin, müəllimlərin, valideynlərin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli gənclər hərəkatına çevrilib.

Hadisələrin miqyası xüsusi diqqət tələb edir. Oktyabrın 8-nə olan məlumata görə, Fransanın daxili işlər naziri 6 600-dən çox şəxsin saxlanıldığını, 215 şagirdin və 89 təhsil işçisinin xəsarət aldığını bildirib.

Xüsusilə narahatedici məqamlardan biri azyaşlıların ağır xəsarətlər almaları ilə bağlı hallardır. Lans şəhərində 15 yaşlı şagird etirazlar zamanı tətbiq olunan səs qumbarasının partlaması nəticəsində əlini itirib.

BTQ hesab edir ki, təhsil hüququ, ifadə və dinc toplaşmaq azadlığı, eləcə də uşaqların və gənclərin zərurət olmadan, yaxud qeyri-mütənasib güc tətbiqindən müdafiəsi universal prinsiplərdir. Bu prinsiplərə selektiv yanaşma və ikili standartlar olmadan riayət edilməlidir.

Keyfiyyətli təhsilə çıxış, həmçinin həqiqi dekolonizasiya prosesinin əsas sütunlarından biridir. Təhsil struktur bərabərsizliklərini aradan qaldırmağa, öz kimliyini qorumağa, dayanıqlı və özünəyetərli institutlar qurmağa imkan verir.

BTQ Fransa hakimiyyətini nümayişlər zamanı hüquq-mühafizə tədbirlərinin zərurilik, mütənasiblik və hesabatlılıq prinsiplərinə ciddi şəkildə uyğun həyata keçirilməsini təmin etməyə, azyaşlıların və gənclərin öz fikirlərini dinc şəkildə ifadə etmək və toplaşmaq hüquqlarına təminat verməyə, ağır xəsarətlərlə nəticələnən halların səmərəli araşdırılmasını təmin etməyə, şagirdlər, müəllimlər və onların nümayəndə təşkilatları ilə substantiv dialoq aparmağa çağırır.

Fransa insan hüquqlarının, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edir. Bu prinsiplərin ardıcıl tətbiqi, ilk növbədə, ölkə daxilindən başlamalıdır. İnsan hüquqları selektiv şəkildə müdafiə oluna bilməz və səsini eşitdirməyə çalışan gənclərə, ilk növbədə, təhlükəsizlik problemi kimi deyil, hüquq daşıyıcıları kimi yanaşılmalıdır.

Bakı Təşəbbüs Qrupu hadisələrin inkişafını yaxından izləməkdə davam edəcək və dialoqa, təmkinə, habelə fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırır.

Tags:

Bakı Təşəbbüs QrupuBTQetirazlarFransa etirazlarıhadiseler.infoinsan hüquqlarılisey şagirdləri

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü: Vəziyyəti ağırdır

Next

Meksikada hakim rinqdə öldü — VİDEO

Next
Oktyabr 8, 2026

Meksikada hakim rinqdə öldü — VİDEO

Previous
Oktyabr 8, 2026

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü: Vəziyyəti ağırdır

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ayla
Noyabr 8, 2026
Siyasət
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Ayla
Noyabr 8, 2026
Siyasət
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Ayla
Noyabr 8, 2026
Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 648
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya